Biz kimik?
“Dunya Company” şirkəti xaricdə təhsil xidmətləri üzrə ixtisaslaşmış lisenziyalı, peşəkar təhsil mərkəzidir. Təcrübəli mütəxəssislərdən ibarət komandamız 2017 – ci ildən etibarən namizəd tələbələrin xaricdə təhsil planlarını reallaşdırmağa köməklik göstərir. Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən mərkəzimizlə yanaşı, Gəncə və İstanbulda da ofislərimiz fəaliyyət göstərir. Bundan əlavə, bizim MDB, Orta və Uzaq Şərq, Şimali Amerika, Afrika ölkələrindən olan yerli agentliklərlə rəsmi əməkdaşlığımız var.
Xaricdə təhsil üzrə məsləhətçi ekspertlərimiz müxtəlif təşkilatlar tərəfindən “İxtisaslı Beynəlxalq Təhsil Agenti” adına və rəsmi olaraq “ICEF Agenti” adlarına laiq görülmüşlər.