Biz kimik?
Biz kimik?
Biz kimik?
“Dunya Company” şirkəti xaricdə təhsil xidmətləri üzrə ixtisaslaşmış lisenziyalı, peşəkar təhsil mərkəzidir. Təcrübəli mütəxəssislərdən ibarət komandamız 2017 – ci ildən etibarən namizəd tələbələrin xaricdə təhsil planlarını reallaşdırmağa köməklik göstərir. Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən mərkəzimizlə yanaşı, Gəncə və İstanbulda da ofislərimiz fəaliyyət göstərir. Bundan əlavə, bizim MDB, Orta və Uzaq Şərq, Şimali Amerika, Afrika ölkələrindən olan yerli agentliklərlə rəsmi əməkdaşlığımız var.
Xaricdə təhsil üzrə məsləhətçi ekspertlərimiz müxtəlif təşkilatlar tərəfindən “İxtisaslı Beynəlxalq Təhsil Agenti” adına və rəsmi olaraq “ICEF Agenti” adlarına laiq görülmüşlər.
Biz bir çox xarici təhsil sərgilərinin rəsmi tərəfdaşıyıq və 100-dən çox nüfuzlu universiteti, kolleci, məktəbi və dil kurslarını təmsil edirik. Bizim konsultantlarımız xarici universitet məzunlarıdır bu isə o deməkdir ki, tələbə və valideyinlərə daha dəqiq məlumat və başdan sona kimi bütün mərhələlərdə peşəkar şəkildə xidmət göstərirlər. Biz tələbələrimizi qəbul məktubunun alınmasından tutmuş uğurlu viza mərhələsi, qalacaq yerin tapılması, xarici ölkədə qarşılanma,universitet qeydiyyatı və digər sənədləşmə proseslərində düzgün şəkildə istiqamətləndirirk.
TƏLƏBƏ NƏTİCƏLƏRİ
TƏLƏBƏLƏRİMİZ
Koreya Yay məktəbinə öz qardaşımla qatıldım və Koreya mədəniyyəti və Təhsili barədə heçbir məlumatım yox idi. Dunya Company`nin təşkil etdiyi 2 həftəlik yay proqramı sayəsində Buçeon Universitetinin fakültələrini gəzərək və Koreya dili və Mədəniyyətini öyrənmək mənim və qardaşım üçün çox maraqlı oldu. Viza prosesimiz və Koreyada Kamp proqramı çox böyük peşəkarlılıqla təşkil olmuşdu. Bunun üçün Dünya Kompaniye təşəkkürümü bildirirəm.
I recently had the opportunity to attend a summer camp in Dubai, and it was an incredible experience. The program offered a perfect blend of academic and cultural activities that kept me engaged. The academic sessions were insightful and interactive, helping me develop new skills and knowledge. The cultural aspects were equally enriching, providing a deeper understanding of Dubai’s rich history and traditions. A special thank you to Ms. Gular Abdullabayli for her exceptional guidance and support during the camp. Her enthusiasm and dedication made the experience even more memorable, and I am grateful for all her efforts in making the program both fun and educational. I highly recommend this summer camp to anyone looking for a well-rounded and immersive experience in Dubai.
Mən TSI Universitetinin Kompüter Mühəndisliyi və Süni İntellekt proqramına qəbul olduğum üçün çox şadam. Bu proqramda təhsil almağım mənim üçün böyük bir fürsətdir, çünki məzun olduqdan sonra həm TSI Latviya Riga, həm də Böyük Britaniyanın Bristol Universitetindən iki diplom alacağam. Bu mənim akademik və professional gələcəyim üçün çox önəmlidir. Xüsusi təşəkkürümü Dunya Kompany Şirkətinin qəbul xidmətlərindən istifadə edərək mənə ən uyğun seçimləri tapmağa kömək edən Elvina xanıma bildirmək istəyirəm. Onun peşəkarlığı və dəstəyi mənə doğru qərar verməkdə çox kömək etdi. Mən bu proqramı seçməyimə görə çox məmnunam və gələcəkdə əldə edəcəyim bilikləri səbirsizliklə gözləyirəm.
2024-cü ildə Dunya Kompani XARİCDƏ TƏHSİL şirkətinin qəbul və təqaüd xidmətlərindən istifadə edərək böyük bir fürsət qazandım. İlk olaraq, Gular xanım mənə bir neçə İtalyan Dövlət Universitetindən qəbul məktubu əldə etməkdə kömək etdi. O, həmçinin təqaüd sənədlərini düzgün şəkildə toplamağım və təqdim etməyim üçün məni düzgün istiqamətləndirdi. Dunya Kompani peşəkar dəstəyi sayəsində, mən 7200 avro dəyərində təqaüd qazandım və eyni zamanda tam təhsil haqqıdan azad oldum. Bu, mənim üçün çox vacib idi və mən Dunya Kompaninin xidmətlərindən son dərəcə məmnunam. Xüsusilə, Gular xanımın yardımları mənim təhsil yolumda çox böyük əhəmiyyət kəsb etdi. Onun dəstəyi və rəhbərliyi olmadan bu uğuru əldə etmək çox çətin olardı. Həmçinin, Dunya Kompani Xaricdə Təhsil şirkətinin bütün komandasına təşəkkür edirəm.
Hörmətli Gülyar xanım, Sizə gördüyünüz işə görə dərin təşəkkürümü bildirmək istəyirəm. Sizə artıq ikinci dəfə müraciət edirəm və yenə də nəticədən çox razı qaldım. Yardımınıza görə sizə çox təşəkkür edirəm — siz həqiqətən də bizə təqaüd məsələsində çox böyük kömək etdiniz. Xüsusilə qeyd etmək istəyirəm ki, təqaüdün məbləği təxminən 10 000 avro təşkil etdi — bu, tələbələr üçün böyük dəstək və irəliyə doğru addımlamaq, yeni nailiyyətlər əldə etmək üçün ciddi motivasiyadır. Sizi artıq bütün tanışlarıma tövsiyə etmişəm və bundan sonra da böyük məmnuniyyətlə tövsiyə edəcəyəm. Hazırda oğlum da qəbul prosesindədir və ümid edirik ki, sizin dəstəyinizlə onun üçün də hər şey eyni dərəcədə uğurlu olacaq. Bir daha peşəkarlığınıza və köməyinizə görə sizə dərin təşəkkürümü bildirirəm!
Hər şey 2025-ci ilin mart ayında başladı, Universitet Kassino-dan qəbul məktubu aldığım zaman. Lazımi sənədləri tamamladıqdan sonra mənə təqaüd verildi və viza prosesi Gürcüstandakı İtaliya səfirliyi vasitəsilə təxminən 2–3 həftə çəkdi. 1 oktyabr 2025-ci ildə İtaliyaya köçdüm və həyatımda yeni bir mərhələyə başladım. Burada yaşamaq mənim üçün fərqli bir təcrübə oldu. Ən çox diqqətimi çəkən isə həyat tərzi oldu — insanlar sakit və balanslı yaşayır, bu da mənə bir çox şeyə yeni baxış bucağından yanaşmağa kömək etdi. Gəldiyim gündən etibarən addım-addım uyğunlaşıram, yeni mühitə və mədəniyyətə öyrəşirəm. Bu proses hər zaman asan olmasa da, çox dəyərli bir təcrübə olub və mənim inkişaf etməyimə, irəliləməyimə kömək edib. Bütün bu müddət ərzində göstərdiyi köməyə görə Gülər xanıma dərin təşəkkürümü bildirirəm — xüsusilə təqaüd və viza prosesi ilə bağlı dəstəyinə görə. Sizin zəhmətiniz və dəstəyiniz mənim üçün həqiqətən çox dəyərlidir.