David Game College
Location : United Kingdom
David Game College 13–19 yaş arası oğlan və qızlar üçün nəzərdə tutulmuş, Londonun mərkəzində yerləşən özəl İngilis kollecidir. Kiçik siniflər və fərdi yanaşma, 44 illik təcrübə ilə birlikdə, şagirdlərə İngiltərənin ən yaxşı universitetlərinə qəbul olmaq və arzu etdikləri karyeraya başlamaq üçün lazım olan ixtisasları əldə etməyə kömək edir!
Kollecin daxilində həmçinin məşğul olmaq üçün çoxlu imkanlar mövcuddur:
Şagirdlər ev tapşırıqlarını müasir kitabxanada yerinə yetirə bilərlər. Bu prosesdə onlara geniş bədii və elmi ədəbiyyat fondu, həmçinin internetə çıxış kömək edir.
Elmi işlər üzərində işləmək üçün xüsusi nəzərdə tutulmuş otaqlar mövcuddur. David Game College-də siz kompüter siniflərindən, kimya və fizika təcrübələri üçün laboratoriyalardan istifadə edə bilərsiniz.
Əgər siz dizayn və incəsənətlə bağlı istiqamət seçmisinizsə, sizin üçün geniş və yaxşı təchiz olunmuş art-studiyalar təqdim olunur. Kollecdə fotoqraflar da unudulmur. Əgər sizin peşəkar marağınız fotoqrafiyadırsa, o zaman rahatlıqla xüsusi “darkroom” otaqları tapa bilərsiniz. Bu otaqlar kompüterlər və bütün zəruri avadanlıqlarla təchiz olunub.
Təhsil proqramları:
-
A-Level
-
GCSE
-
University Foundation Programme (UFP)
-
Akademik ingilis dili kursları
