TASIS The American School

Location : Switzerland


Proqramlar – 6–12-ci siniflər, Advanced Placement (AP), International Baccalaureate (IB)
Tədris dili – İngilis və italyan dili (9-cu sinfə qədər seçimlidir)
Məktəbin tipi – Qızlar və oğlanlar üçün internat məktəbi

TASIS The American School in Switzerland Avropada №1 Amerika internat məktəbidir və İsveçrənin italyandilli kantonunda, gözəl dağ və göl mənzərələri arasında yerləşir. Bu məktəb Avropa və ABŞ-da ən məşhur, nüfuzlu və populyar təhsil müəssisələrindən biridir.

1956-cı ildə təsis edilmiş TASIS İsveçrədə və Avropada ilk Amerika məktəbidir. Məktəb European Council of International Schools (ECIS) və New England Association of Schools and Colleges (NEASC) kimi nüfuzlu akkreditasiyalara malikdir ki, bu da yüksək təhsil keyfiyyətinə zəmanət verir.


  • European Council of International Schools (ECIS) və New England Association of Schools and Colleges (NEASC) akkreditasiyaları
  • 715 şagird, 60 millət və 40 dil
  • Yuxarı siniflərdə oxuyan şagirdlərin 66%-i xaricidir
  • 150 müəllim, 1 müəllimə 6 şagird nisbəti
  • Sinifdə maksimum 13 şagird
  • 21 000-dən çox məzun
  • 30 000 kitablıq kitabxana
  • Qızlar və oğlanlar üçün idman komandaları İsveçrə və Avropada yarışlarda iştirak edir
  • Northern International School Sports Association və European Sports Conference üzvüdür
  • İsveçrə Alpları və dağ gölləri ilə əhatə olunmuş dünyanın ən gözəl yerlərindən birində yerləşir
  • Lugano Airport və Luqano dəmir yolu stansiyasına 10 dəqiqəlik məsafədə yerləşir
  • Fransız, italyan və ingilis dilləri, həmçinin rəssamlıq, fotoqrafiya, moda və memarlıq üzrə yay proqramları
  • TASIS Opsahl Global Service Program – şagirdlərin xeyriyyə layihələrində iştirak etdiyi və Moldova, Mərakeş, Nepal və Efiopiyada insanlara kömək etdiyi proqram
  • İllik təhsil haqqı (yaşayış daxil): 85 000 CHF-dən başlayır

Ready to start creating a standard website?

Finest choice for your home & office